Fəzail Ağamalının qızını qarət etdilər
Azərbaycanda deputatın qızının maşını qarət edilib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bir neçə gün əvvəl Nərimanov rayonu, Teymur Əliyev küçəsində baş verib.
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının qızı Günay Ağamalıya məxsus “Hyundai” markalı maşından müəyyən miqdarda pul, mobil telefonlar və şəxsi əşyalar oğurlanıb. Baş vermiş hadisə ilə bağlı Nərimanov polisinə məlumat verilib və faktla bağlı Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Hadisədən bir müddət keçməsinə baxmayaraq, oğurluğun üstü hələ də açılmayıb.
APA G. Ağamalıdan hadisə ilə bağlı açıqlama almaq istəsə də, o, açıqlama vermək istəməyib: “Mən şəxsi həyatımla bağlı məlumatların mətbuatda yayılmasının əleyhinəyəm”.
Məlumat üçün qeyd edək ki, G. Ağamalı “Buta” uşaq bağçasının müdiridir.

Oxşar yazılar

Qazaxda AĞIR QƏZA: 4 nəfər yaralandı
14 iyul 2025 , 08:16
“Taxta bazarı”nda YANĞIN - VİDEO
14 iyul 2025 , 05:24
Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14