
Prokurorluq silahlı insidentlə bağlı məlumat yaydı
Bakı şəhər Prokurorluğu Yasamal rayonu ərazisində baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Bakı Şəhər Prokurorunun köməkçisi Günel Əkbərova Lent.az-a bildirib ki, bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Karlar Cəmiyyətinin Yasamal rayonu ərazisində yerləşən ofisində cinayət işi üzrə ifadə almaq üçün oraya getmiş Səbail rayon prokurorluğunun müstəntiqi Allahyar Əliyevlə həmin cəmiyyətin sabiq direktoru Ayaz Məmmədov arasında mübahisə yaranması və A.Məmmədovun üzərində gəzdirdiyi tapançadan müstəntiq A.Əliyevə atəş açmaqla onu öldürməyə cəhd göstərməsi barədə informasiya yayılıb: “Noyabrın 14-də saat 18 radələrində Səbail rayon prokurorluğunun böyük müstəntiqi Allahyar Əliyev icraatında olan cinayət işi üzrə məhkəmə qərarına əsasən həmin cəmiyyətin 1 saylı müəssisəsində cəmiyyətin əməkdaşlarının iştirakı ilə istintaq hərəkəti yerinə yetirərkən müəssisənin sabiq direktoru Ayaz Məmmədov istintaq hərəkətinə etiraz əlaməti olaraq müstəntiq tərəfindən tərtib olunmuş protokola imza etməkdən imtina edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməklə qanunsuz olaraq əldə edib gəzdirdiyi «BROVNİNG» markalı tapançadan atəş açıb. A.Məmmədov orada olan şəxslər tərəfindən zərərsizləşdirilib və ondan bir ədəd tapança, on iki ədəd güllə, bir ədəd giliz götürülüb. Baş vermiş hadisə nəticəsində xəsarət alan olmayıb. Həmçinin hadisə zamanı müstəntiq A.Əliyevlə A.Məmmədov arasında hər hansı bir mübahisə yaranmayıb. Fakta görə həmin tarixdə Yasamal rayon polis idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, cinayətin törədilməsində şübhəli bilinən Ayaz Məmmədov tutularaq istintaqa cəlb olunub. Hazırda hadisənin hansı şəraitdə baş verməsi, A.Məmmədovun nə məqsədlə odlu silah əldə edib ondan atəş açması və sair digər məsələlər üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Nizam Rza
Nizam Rza
Oxşar yazılar

Bakıda DƏHŞƏT: Bağçada asılmış meyit tapıldı
8 aprel 2025 , 11:10
Gəncədə kişi özünü asdı
8 aprel 2025 , 10:14
Göyçayda yas zamanı eyvan uçdu, 5 qadın yaralandı
8 aprel 2025 , 09:32
Yardımlıda FACİƏ: çoban 200 metr hündürlükdən yıxıldı
8 aprel 2025 , 09:29
Dövlət xadimini öldürmək istəyən terrorçuya HÖKM OXUNDU
8 aprel 2025 , 09:15
Kəlbəcərdə zəlzələ oldu
8 aprel 2025 , 01:51
Naxçıvanda Türkiyə vətəndaşını avtomobil vurdu
8 aprel 2025 , 01:22