Gürcüstan vətəndaşı İsveçrə həbsxanasında intihar edib
11 noyabr 2012 06:17 (UTC +04:00)

Gürcüstan vətəndaşı İsveçrə həbsxanasında intihar edib

Gürcüstan vətəndaşı İsveçrənin Şamp –Dollon («Champ-Dollon») həbsxanasında saxlanılıdığı kamerada ölü aşkarlanıb.

Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, 24 yaşlı əcnəbi huşsuz aşkarlanan vaxt nəfəs almırmış. Sonradan həkimlərin yardımı da nəticə verməyib.

Ona görə də Gürcüstan vətəndaşının özünü asdığını ehtimal edirlər. Olayla bağlı daxili təhqiqata başlanılıb.

Ölənin kimliyi barədə məlumat verilməyib. O, 2011-ci ilin noyabrında qarətə görə mühakimə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar