Dünya bu gün
10 noyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1444. Varna yaxınlığındakı döyüşdə səlibçilər türk qoşunlarına məğlub olub

1918. Bakını tərk edən türk komandanı Nuru paşa ilə vida mərasimi keçirilib, türk qoşunu təntənəli surətdə yola salınıb

1920. Stalin Bakıdan Moskvaya qayıdarkən özü ilə eyni qatarda Məmməd Əmin Rəsulzadəni də aparıb

1928. Hirohito Yaponiyanın imperatoru seçilib

1938. İtaliyada antisemit qanun qəbul edilib

1938. Türkiyənin qurucusu Mustafa Kamal Atatürk vəfat edib

1951. Fransa, İngiltərə, ABŞ və Türkiyə “Yaxın Şərqdə təhlükəsizlik Proqramı”nı qəbul edib

1959. BMT Cənubi Afrikada aparteidi pisləyib

1975. Anqola müstəqilliyini elan edib

1982. Sovet lideri Leonid Brejnev vəfat edib

1983. Microsoft şirkəti “Windows 1.0” əməliyyat sistemini təqdim edib

1989. Bolqar kommunist partiyasının rəhbəri Todor Jivkov vəzifəsindən uzaqlaşdırılıb

1994. İraq Küveytin müstəqilliyini tanıyıb

1994. Avropa Şurası Parlament Assambleyası Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluğunu bildirən 1047 saylı qətnaməni qəbul edib

1995. Azərbaycan Respublikası Niger ilə diplomatik əlaqələr qurub

1995. Azərbaycan Dövlət Neft Şirkəti Lukoil (Rusiya), Penzoil (ABŞ) və Agip (İtaliya) birgə müəssisə – Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti təsis edib

2000. Lenin Mavzoleyini ziyarət etmək qadağan edilib

2001. Bakıda Dünya azərbaycanlılarının I qurultayı başa çatıb

2005. “Boeing 777” təyyarəsi ilə dünyada ən uzun kommersiya uçuşu həyata keçirilib. London – Honq Konq marşrutu ilə (21596 km) ilə uçuş 22 saat 45 dəqiqə çəkib

2009. Prezidentlərin iştirakı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilib

2009. Prezident İlham Əliyev İKT-nin baş katibi Ekmaleddin İhsanoğlunu qəbul edib

2011. Macarıstan prezidenti Pal Şmitt noyabrın 10-da Azərbaycana rəsmi səfərə gəlib

2011. Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin genişləndirilməsi ilə bağlı qətnamə layihəsi təqdim edib.

Günün aforizmi:

“Eşq olsun atmosfer təzyiqinə”
Todor Jivkovun kuryoz ifadələrindən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar