Şadlıq evindən qonşusunun avtomobilini oğurladı
09 noyabr 2012 13:13 (UTC +04:00)

Şadlıq evindən qonşusunun avtomobilini oğurladı

Lent.az-ın Daxili işlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, saat 23.35 radələrində Şirvan şəhəri ərazisindəki, "Tural" şadlıq evinin qarşısından, şəhər sakini Şahin Alışov, qonşusu Nemət Məmmədova məxsus "VAZ 2103" markalı avtomaşını qaçırıb. Ş.Alışov qaçırdığı avtomobillə daha sonra şəhər sakini Rauf Məlikovun sürdüyü "Daewoo Nexia"nı vurub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomaşınlara qismən ziyan dəyib. Ş.Alışov Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1114

Oxşar yazılar