Dünya bu gün
30 oktyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1905. Aspirin preparatı satışa çıxarılıb

1912. Qırmızı Xaçın təsisçisi Anri Düran vəfat edib

1914. Birinci Dünya Müharibəsinin əsas döyüşlərindən olan İpr vuruşması başlayıb

1918. Türkiyə ilə Antanta arasında Mudros sülh müqaviləsi imzalanıb. Müqaviləyə görə Türkiyə Qafqazdakı qoşunu geri çəkməli olub

1922. Azərbaycan Kommunist partiyası Qarabağın muxtariyyəti layihəsini hazırlamaq üçün S. Ağamalıoğlunun rəhbərliyi ilə komissiya təşkil edib

1941. ABŞ SSRİ-yə 1 milyard dollar dəyərində texniki yardım ayırıb (Lendliz proqramı)

1941. Sevastopol döyüşü başlayıb. Azərbaycanlılar bu döyüşdə xüsusi qəhrəmanlıq göstərib

1960. İlk böyrək transplantasiyası Londonda həyata keçirilib

1960. Futbolçu Dieqo Maradona anadan olub

1961. SSRİ “Yeni Torpaq” adasında ilk hidrogen bombası sınağını (tarixdə ən güclü) keçirib

1967. Tarixdə ilk dəfə 2 kosmik gəmi (Kosmos 186 və Kosmos 188) açıq fəzada birləşib

1974. Məhəmməd Əli boks üzrə dünya çempionu olub

1993. “Azərbaycan-Qazaxıstan” Dostluq Cəmiyyəti təsis edilib

1997. Anar Rzayev yazıçıların X Qurultayında yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib

1997. Sabiq prezident Əbülfəz Elçibəy Kələkidən Bakıya qayıdıb

2007. Jurnalist Eynulla Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

2007. AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyev vəfat edib

2008. Heydər Babayev İqtisadi İnkişaf Nazirliyi vəzifəsindən azad edilib

2010. İstanbuldan qalxan təyyarə göyərtədə tüstülənməyə görə təkrarən Atatürk aeroportuna qayıdıb. Yoxlamadan sonra, təyyarə təkrar Bakıya yola salınıb.

Günün aforizmi

“Mənim siyasətçilərdən bir üstünlüyüm var: onlar ictimaidir, mən isə populyar”.

Maradona
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713

Oxşar yazılar