Bakı Şəhər Dövlət Yol Polisindən tıxacla bağlı açıqlama-YENİLƏNİB
24 oktyabr 2012 22:06 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisindən tıxacla bağlı açıqlama-YENİLƏNİB

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən lent.az-a bildirilib ki, hazırda şəhərin Tbisili prospekti-Sulutəpə dairələri arasında yaranmış avtomobil sıxlığı həmin istiqamətdə nəqliyyatın intensivliyinin artması ilə bağlıdır:

“Sabahdan başlayaraq, bir neçə gün bayram olduğu üçün Bakının rayonlara əsas çıxış ola bu yolda nəqliyyatın hərəkəti də normal günlərə nisbətdə dəfələrlə artıb. Xüsusilə axşam saatlarında, iş günü başa çatdıqdan sonra şəhərdən çıxış birdən-birə kıəskin artıb və sıxlıq yaranıb”.

Yol polisindən bildirilib ki, həmin istiqamətdə böyük tıxaca səbəb olacaq qəza və ya digər hadisə baş verməyib: “Hazırda həmin istiqamətdə nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bütün qüvvələr səfərbər olunub”.


***
21.50
Bu gün saat 18.00 radələrindən başlayaraq, Bakının 20 yanvar-Tbilisi prospekti istiqamətindən Sulutəpə dairəsinə qədər tıxac yaranıb.

Lent.az-ın hazırda 20 Yanvar dairəsində olan əməkdaşının verdiyi xəbərə görə, tıxac hələ də davam edir.

***
19.20
Paytaxtın Tbilisi prospektindən Sulutəpə dairəsinə qədər avtomobil yollarında tıxac yaranıb.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, tıxacın uzunluğu 8 km-ə çatır: “Şamaxı istiqamətində Bakıya giriş-çıxışda demək olar ki hərəkət dayanıb. İndiyə qədər bu cür tıxaca rast gəlinməyib”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4156

Oxşar yazılar