Orta məktəbdə təxribat: şagirdlər zəhərləndi - YENİLƏNİB
Bu gün saat 11.00 radələrində Bakı şəhərinin Nizami rayonunda yerləşən orta məktəbdə insident baş verib. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Çobanzadə 45 ünvanında yerləşən 109 saylı orta məktəbdə şagirdlərdən biri sinfə qaz balonu gətirib və sinif otağına atıb. Ətrafa qaz yayılıb, bəzi şagirdlər zəhərlənib.
Məktəb rəhbərliyi dərhal FHN-ə müraciət edib. Mümkün partlayış və yanğına qarşı əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub. Məktəbə bir neçə təcili tibbi yardım briqadası da göndərilib.
19 Oktyabr 2012 11:43
Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və təcili yardım maşınları cəlb olunub
Bakının Nizami rayonunda yerləşən orta məktəbdə partlayış olub. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, olay Çobanzadə 45 ünvanında yerləşən 109 saylı orta məktəbdə sinif otağında olub. İlki məlumata görə, yaralılar var. Deyilənlərə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və təcili yardım maşını cəlb olunub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, hadisə yerinə 7 həkim briqadası göndərilib.
***
“Yeni Müsavat”ın dərhal hadisə yerində olan əməkdaşları isə bildirirlər ki, hadisəyə qaz balonu səbəb olmayıb. Məktəbin üçüncü mərtəbəsində sinif otaqlarından birinə mənşəyi bilinməyən qaz buraxılıb. Nəticədə 8 məktəbli zəhərlənərək xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Vəziyyəti ağır olanlardan biri Zeynalova Aytəkin Tacəddin qızıdır. O, məktəbin 11-ci sinif şagirdidir.
Müəllimlər bildiriblər ki, məktəbdə heç bir partlayış səsi eşidilməyib, sadəcə sinfidə qaz iyi hiss edilib.
Hadisə yerinə gələn Nizami Rayon Qaz İdarəsinin və “Azəriqaz” ASC-nin əməkdaşları bildiriblər ki, məktəbə, ümumiyyətlə, təbii qaz verilmir. Şagirdlər məktəbdən çıxarılıb və məktəb boşaldılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin, Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədir.
Məktəbin direktoru Füzuli Xudiyev əvvəlcə açıqlama vermək sitəməsə də, sonra danışıb və bildirib ki, baş verənlər təxribatdır. O, ciddi bir hadisə baş vermədiyini söyləyib. Direktorun sözlərinə görə, 3-cü mərtəbədə sinif otağında havaya qaz buraxılıb və bir neçə şagirdin halı pisləşib.
Zəhərlənənlərdən biri də 7-ci sinif şagirdi Kənan Səfərovdur. Onun mədəsi "Ankara" klinikasında yuyulub. Klinikadan bildiriblər ki, bu, zəhərlənmə şübhəsi ilə bağlıdır. Həkimlər onun gözyaşardıcı qazdan zəhərləndiyini ehtimal edirlər. K.Səfərovun gözlərindəki və üzündəki qızartı həkimlərin bu qənaətə gəlməsinə səbəb olub.
(fotolar musavat.com saytından götürülüb)

Oxşar yazılar

Gəncədə kişi özünü asdı
8 aprel 2025 , 10:14
Göyçayda yas zamanı eyvan uçdu, 5 qadın yaralandı
8 aprel 2025 , 09:32
Yardımlıda FACİƏ: çoban 200 metr hündürlükdən yıxıldı
8 aprel 2025 , 09:29
Dövlət xadimini öldürmək istəyən terrorçuya HÖKM OXUNDU
8 aprel 2025 , 09:15
Kəlbəcərdə zəlzələ oldu
8 aprel 2025 , 01:51
Naxçıvanda Türkiyə vətəndaşını avtomobil vurdu
8 aprel 2025 , 01:22
David Babayan etiraf etdi: Sadə və diplomatik pasportlarımız Ermənistanın idi
7 aprel 2025 , 21:12