Bu gün 6 zəlzələ oldu
14 oktyabr 2012 23:44 (UTC +04:00)

Bu gün 6 zəlzələ oldu

Azərbaycanda bir gündə 6 zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, oktyabrın 14-ü saat 15.08-də Zaqataladan 31 km qərbdə, Balakən rayonu ilə Gürcüstan sərhədində qeydə alınan zəlzələnin dərinliyi 6 km olub. Zəlzələ 4 bal maqnitudada hiss olunub.

Saat 15.13-də baş verən ikinci təkan Zaqataladan 28 km qərbdə Balakən rayonu ilə Gürcüstan sərhədində qeydə alınıb. Zəlzələ Zaqatala, Balakəndə 6 bal, Mingəçevir, Şəki, Şamaxı, Qax, Yevlax və Qəbələdə 3-5 bal gücündə hiss olunub. Bəzi tikililərdə dağıntılar var.

Saat 15.19-da Zaqataladan 23 km qərbdə Balakən rayonu ilə Gürcüstan sərhədində növbəti zəlzələ baş verib. Zəlzələnin maqnitudası 3.40, dərinliyi 4 km olub. Zəlzələ hiss olunmayıb.

Saat 15.19-da Lerik rayonundan 23 km şərqdə də zəlzələ baş verib. Zəlzələnin maqnitudası 3.20, dərinliyi 10 km olub. Zəlzələ hiss olunmayıb.

Saat 17.09-da Zaqataladan 23 km qərbdə, Balakən rayonu ilə Gürcüstan sərhədində yenidən zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.00, dərinliyi 9 km olub. Zəlzələ hiss olunmayıb

Saat 20.40-da Zaqataladan 25 km qərbdə, Balakən rayonu ilə Gürcüstan sərhədində baş verən növbəti təkanın maqnitudası 3.80, dərinliyi 5 km olub. Zəlzələ episentrdə 5, Zaqatala və Balakəndə 4 bala qədər hiss olunub.
# 1461

Oxşar yazılar