ABŞ hərbi bazasını partladan kamikadze Azərbaycan vətəndaşı imiş
13 oktyabr 2012 12:27 (UTC +04:00)

ABŞ hərbi bazasını partladan kamikadze Azərbaycan vətəndaşı imiş

Əfqanıstanda ABŞ hərbi bazasını partladan kamikadzenin Azərbaycan vətəndaşı olduğu müəyyənləşib. APA-nın məlumatına görə, Əbu Ömər ləqəbli həmin kamikadzenin Azərbaycanın şimal bölgəsində doğulduğu məlum olub. Kamikadzenin şəxsiyyəti də artıq müəyyənləşdirilib – bu, 1986-cı il təvəllüdlü Orxan Fariz oğlu Nəzərovdur.

Onun bir neçə il əvvəl radikal dini qruplaşmalara qoşularaq Əfqanıstana getdiyi, orada koalisiya qüvvələrinə qarşı vuruşduğu, 2008-ci ildə isə ABŞ hərbi bazasında partlayış törədərək həlak olduğu dəqiqləşib.

Qeyd edək ki, APA bir neçə gün əvvəl Azərbaycan dilində danışan kamikadzenin Əfqanıstanda koalisiya qüvvələrinə məxsus hərbi bazanı partlatmasını əks etdirən video yayıb. Həmin video görüntülərdə Əbu Ömər Ləzgi ləqəbli terrorçunun Əfqanıstanda ABŞ qüvvələrinə qarşı cihad edərək, onlara məxsus hərbi bazanı partlatdığı əks olunub.

Hadisə 2008-ci il noyabr ayının 21-də baş verib. Əbu Ömər Ləzgi ləqəbli mücahid 3 ton partlayıcı ilə yüklənmiş avtomobili Əfqanıstanın Host vilayətində koalisiya qüvvələrinə məxsus hərbi bazanın yaxınlığına sürərək orada partladıb. Baş verən güclü partlayış nəticəsində mücahid özü və 40 ABŞ hərbçisi həlak olub.

Mücahidlər bu partlayışı və partlayışa qədər olan hadisələri anbaan video lentə alıblar. Belə ki, video görüntülərdə Azərbaycan dilində ləhcə ilə danışan mücahidin partlayıcını necə hazırlaması, xəritədə koalisiya qüvvələrinə məxsus hərbi bazanın yerinin hansı şəkildə təsbit edilməsi və partlayış gerçəkləşməzdən əvvəl onun digər mücahid yoldaşları ilə vidalaşmasını əks etdirən səhnələr yer alıb. Video görüntülərdə Azərbaycan dilində danışan mücahid İslam dini uğrunda mübarizə apardığını, İslama qarşı çıxan ABŞ qüvvələrinə qarşı cihad etdiyini bəyan edir.

Video görüntüdə mücahidin pasport adı (əsl adı) və vətəndaşlığı barədə heç bir qeyd yoxdur. Onun Azərbaycanın, Rusiya Federasiyasının (cənub bölgəsi) və ya İranın vətəndaşlığını daşıyıb-daşımadığı da məlum deyil. Lakin əvvəllər də yayılmış bəzi məlumatlara görə, bu cür mücahidlər İran ərazisindəki xüsusi düşərgələrdə təlimlər keçdikdən sonra, Əfqanıstan və Pakistanda koalisiya qüvvələrinə qarşı döyüşlərə göndərilir.
# 4685

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi-YENİLƏNİB

Bakıda bu yolda sürət endirildi-YENİLƏNİB

4 may 2024 , 07:45
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19