Əliməmməd Nuriyev təcridxanada “Nida”nın rəhbəri ilə görüşüb
12 oktyabr 2012 18:57 (UTC +04:00)

Əliməmməd Nuriyev təcridxanada “Nida”nın rəhbəri ilə görüşüb

“Konstitusiya” Araşdırmalar Fondu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında monitorinq keçirib. Fonddan Lent.az-a verilən məlumata görə, monitorinq ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2012” layihəsi çərçivəsində baş tutub. Monitorinqi “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, eksperti Elçin Salmanov aparıb.

Monitorinq zamanı müvəqqəti saxlama təcridxanasının saxlama kameraları, növbətçi hissə, müstəntiq, vəkil, tibbi müayinə, ibadət otaqlarına, mətbəxə, kitabxanaya, gəzinti meydançasına, sanitar qovşağa baxış keçirilib. Eyni zamanda təqsirləndirilən və şübhəli bilinən şəxslərin qeydiyyatı və tibbi müayinə jurnalına baxılıb. Monitorinq zamanı Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinə əsasən 15 gün müddətinə inzibati həbs qərarı çıxarılan “Nida” Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı ilə görüş keçirilib. Z.Qurbanlı saxlama şəraitindən və təcridxana əməkdaşlarının rəftarı ilə bağlı hər hansı bir şikayətinin olmadığını bildirib.
# 957

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi-YENİLƏNİB

Bakıda bu yolda sürət endirildi-YENİLƏNİB

4 may 2024 , 07:45
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19