“Bunu Elşad Abdullayevə Fransa xüsusi xidmət orqanları məsləhət görüb” - MÜSAHİBƏ
“Strasburqda Elşad Abdullayev Çingiz Qənizadəyə qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı sensasion məlumatlar verib”. Bu barədə Lent.az-a müsahibəsində “İnsan haqları uğrunda” İctimai Birliyin rəhbəri Eynulla Fətullayev bildirib.
Xatırladaq ki, ABU-nun sabiq rektoru Elşad Abdullayev oktyabrın 10-da Strasburqda Eynulla Fətullayevlə görüşüb. Fətullayev Strasburqa I Ümumdünya Demokratiya Forumunda iştirak etmək üçün gedibmiş.
E. Fətullayevin dediyinə görə, görüş E. Abdullayevin təşəbbüsü və istəyi ilə olub. O, E. Fətullayevdən qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı bir araşdırmaçı-jurnalist və beynəlxalq təşkilatlarla yaxşı əlaqələri olan hüquq müdafiəçisi kimi kömək istəyib.
- Mən Strasburqa demokratiya forumunda iştirak üçün getmişdim. Elşad Abdullayev zəng edib görüşməyimizi istədi. Amma bildirdi ki, o, hazırda Parisdədir, onunla ancaq oktyabrın 10-da görüşə bilərik. Məlum oldu ki, məndən bir qədər əvvəl Strasburqda olan Çingiz Qənizadə ilə görüşübmüş. Çingiz Qənizadədən ayrılandan dərhal sonra naməlum adamlar tərəfindən izləndiyini görüb. Elşad Abdullayev bu barədə dərhal Fransa xüsusi xidmət orqanlarına məlumat verdiyini dedi. Onun sözlərinə görə, Fransa xüsusi xidmət orqanları izlənmə faktını təsbit və təsdiq edərək Elşad Abdullayevə Strasburqu dərhal tərk etməyi məsləhət görüb. Elşad Abdullayev bu insidentlə bağlı bir hüquq müdafiəçisi olaraq mənə də yazılı şəkildə müraciət etdi. Məndən xahiş etdi, dedi ki, deputat Çingiz Qənizadə tərəfindən ona qarşı təşkil olunmuş bu təxribat xəbərini Azərbaycan cəmiyyətinin diqqətinə çatdırım. Beləliklə, biz oktyabrın 10-da görüşdük. Elnur Məcidli də onunla birgə idi. O, mənə bildirdi ki, əslində Çingiz onu axtarıb tapıb, görüşmək istədiyini deyib. Abdullayev də razılıq verib və qardaşı Mahirin oğurlanması ilə bağlı ona sensaion məlumatlar verib. Çingiz isə ona söz verib ki, bir hüquq müdafiəçisi, millət vəkili kimi bu işlə məşğul olacaq. Amma göründüyü kimi Bakıya qayıdandan sonra Qənizadə tamam başqa şeylər danışır. Abdullayevin dediyinə görə, o, Qənizadəylə görüşməyinə çox peşman olub. Hətta bir ağbirçək kimi Novella xanıma (Novella Cəfərova-S.M) zəng edərək ona da Çingizdən narazılıq edib.
- Elşad Abdullayev Çingiz Qənizadəyə nə bilgilər verib? Bu barədə danışmadı?
- Elşad Abdullayev qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı Qənizadəyə sensasion bilgilər verib. Hətta müəyyən sənədlər də olub ki, onun surətini də Qənizadəyə təqdim edib. Məsələn, orda Mahir Abdullayevin 2003-cü il oktyabrın 12-də naməlum şəraitdə müğənni Mətanət İsgəndərlinin mənzilinə aparılması, həmin evdən isə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilməsi kimi məqamları əks etdirən sənədlər olduğunu deyir. Bundan sonra həmin məlumatlarda Mahir Abdullayevin 22 gün Baş Polis İdarəsində saxlanılması, ondan sonra MTN əməkdaşlarına təhvil verilməsi və yoxa çıxması barədə də iddialar yer alıb. Ən maraqlısı isə odur ki, Mahir Abdullayev bundan bir qədər əvvəl o vaxtkı milli təhlükəsizlik naziri Namiq Abbasov tərəfindən nazir köməkçisi təyin edilibmiş. Elşad Abdullayev deyir ki, onda bu barədə sənədlər var və onların surətini Çingiz Qənizadəyə təqdim edib.
E. Fətullayevin dediyinə görə, Elşad Abdullayevin millət vəkili, hüquq müdafiəçi kimi Çingiz Qənizadədən gözləntisi də bu faktları ictimaiyyətin diqqətinə çatdırmaq, qardaşının məsələsində ona yardım etmək olub. “Çingiz Qənizadə isə göründüyü kimi bunu etməyib. Ümumiyyətlə, bu işin prezidentin şəxsi nəzarətinə keçməsi və yeni əməliyyat-istintaq qrupunun yaradılması Elşad Abdullayevdə ciddi ümid yaradıb. O, hesab edir ki, artıq bundan sonra istintaqda yeni dönəm başlaya bilər.
Səbuhi

Oxşar yazılar

Azərbaycanda 87 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü
22 iyul 2025 , 19:33
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər və hüquqi varisləri ifadə veriblər
22 iyul 2025 , 19:01
Biləsuvar xəstəxanasında FACİƏ: Əməliyyata gətirilən 3 yaşlı uşaq öldü - YENİLƏNİB
22 iyul 2025 , 18:52
Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü
22 iyul 2025 , 17:35
Mərdəkanda bir nəfər dənizdə batdı
22 iyul 2025 , 17:17
Türkiyəyə 20 milyonluq kokain gətirən diplomat sərhəddə TUTULDU
22 iyul 2025 , 16:52
Dövlətə xəyanət etməkdə təqsirləndirilən şəxsə hökm oxundu
22 iyul 2025 , 16:23