Bakıda dəhşətli qəza: ölən və yaralananlar var
09 oktyabr 2012 10:21 (UTC +04:00)

Bakıda dəhşətli qəza: ölən və yaralananlar var

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Binə qəsəbəsində “Wolksfagen Passat” markalı avtomobil yol kənarında dayanmış “ZİL 5310” markalı yük maşınına çırpılıb.

Hadisə vaxtı yük maşının sürücüsü Quliyev Emil Adil oğlu avtomobilin qarşısında dayanıbmış və zərbənin gücündən o, hadisə yerindəcə keçinib. Minik avtomobilində olan daha 3 nəfər isə ağır bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, faktla əlaqədar araşdırmalar aparılır.



Nizam RZA
# 2506

Oxşar yazılar