Dünya bu gün
09 oktyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1874. Beynəlxalq Poçt İttifaqı yaradılıb

1876. Qraham Bel ilk telefonu sınaqdan çıxarıb

1902. Görkəmli oftalmoloq Ümnisə Musabəyova anadan olub

1910. Tiflis teatrında Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi oynanılıb

1941. Azərbaycanlılardan ibarət 223-cü Milli diviziya yaradılıb

1962. Uqanda müstəqillik əldə edib

1967. Argentinalı inqilabçı Ernesto Çe Qevara vəfat edib

1970. Qırmızı Khmerlər Kampuçiyada (indiki Kamboca) hakimiyyəti ələ keçirib

1975. Sovet fiziki Andrey Saxarov Nobel mükafatı alıb

1988. Alman mühəndis, rotor mühərrikin yaradıcılarından olan Feliks Vankel vəfat edib

1991. Azərbaycan Ali Soveti Milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında qanun qəbul edib

1992. Müstəqil Azərbaycanda ilk hərbi parad keçirilib

1995. Azərbaycan və Pakistan arasında mədəni, elmi və humanitar əlaqələr haqqında Saziş imzalanıb

2004. Həmid Karzai Əfqanıstan prezidenti seçilib

2004. Belarusla Azərbaycan arasında azad ticarət haqqında saziş imzalanıb

2006. Şimali Koreyada nüvə sınağı keçirilib.

Günün aforizmi

“Bilirəm ki bura məni öldürməyə gəlmisən. Öldür ey qorxaq, sən sadəcə olaraq adam öldürürsən”.

Çe Qevaranın cəllada son sözü
# 560

Oxşar yazılar