Kollektivimizin gənc üzvü ailə qurdu - FOTO
08 oktyabr 2012 12:33 (UTC +04:00)

Kollektivimizin gənc üzvü ailə qurdu - FOTO

APA Holding”in Moskva şəhərindəki müxbiri Fərid Əkbərov ailə həyatı qurub. Lent.az-ın məlumatına görə, Fərid oktyabrın 7-də sevib-seçdiyi Sevil xanımla Bakının məşhur restoranların birində münasibətlərini rəsmiləşdiriblər.

Maraqlı məqamları ilə yadda qalan toy zamanı bəy və gəlinin fotolarından ibarət “sevgi hekayəsi” nümayiş olunub.

Məclisdə “APA Holding”in kollektivi də iştirak edib. Şirkət rəhbərliyi çıxış edərək, cütlüyə yeni həyatlarında xoşbəxtlik arzu ediblər.

Məclisi Təranə Qumral və Musa Musayev idarə edib. Bundan başqa, əməkdar artist Aybəniz Haşımova, xanəndə İlahə İbadova, gənc müğənni Günay İbrahimli, müğənni Seyran və Aslan da mahnılar ifa edərək, cütlüyü təbrik ediblər.

Lent.az-ın kollektivi Fərid və Sevili təbrik edir, onlara xoşbəxtlik arzulayır.
# 3518

Oxşar yazılar