Qadının avtomobilini qaçıran şəxs tutuldu
08 oktyabr 2012 11:54 (UTC +04:00)

Qadının avtomobilini qaçıran şəxs tutuldu

Oktyabrın 7-si gecə saat 01 radələrində Q.Qarayev prospektində Ceyhun adlı şəxs Bakı şəhər sakini Sürəyya Layıcovaya məxsus “Hyundai” markalı avtomobili qaçırıb. Bakı Şəhər Başç Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, içərisindən 140 manat, mobil telefon olan avtomobil səhər saat 07 radələrində Nizami küçəsində əzilmiş vəziyyətdə tapılıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Şirinov həmin gün tutulub.
# 853

Oxşar yazılar