XİN Azərbaycan vətəndaşının ABŞ-da tutulması faktına münasibət bildirdi
08 oktyabr 2012 11:15 (UTC +04:00)

XİN Azərbaycan vətəndaşının ABŞ-da tutulması faktına münasibət bildirdi

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. O qeyd edib ki, Azərbaycanın ABŞ-dakı səfirliyi bu ölkənin hüquq-mühafizə orqanları ilə mütəmadi əlaqə saxlayır. Hüquq-mühafizə orqanlarından səfirliyə bildiriblər ki, ittiham irəli sürülən 11 nəfərdən biri Azərbaycan vətəndaşı Sevinc Tağıyevadır və o, hazırda ixrac proseduralarını pozmaq ittihamı ilə Hyustonda həbsdədir: “Biz öz vətəndaşımıza bu məsələ ilə bağlı istənilən konsul dəstəyi verməyə hazırıq. Proseslərin gedişini nəzarətdə saxlayırıq”.


Xatırladaq ki, oktyabrın 2-də Hyustonda ABŞ-dan qanunsuz olaraq mikroçiplərin çıxarılması ittihamı ilə 8 nəfər saxlanıb. Onlara qarşı müvafiq lisenziya olmadan ABŞ ərazisində yüksək texnologiyaların çıxarılması və casusluqla bağlı ittiham irəli sürülüb. Ümumilikdə 11 nəfərə ittiham irəli sürülsə də, onlardan 8 nəfər saxlanıb. Rusiya kütləvi informasiya vasitələri saxlanan şəxslər arasında Şövkət Abdullayev adlı daha bir azərbaycanlının olduğunu bildirir.
# 1000

Oxşar yazılar