Dünya bu gün
07 oktyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1737. Hürdürlüyü 13 metri aşan dalğalar Hindistanda 100 000 insanın həyatına son qoyub

1826. ABŞ-da ilk dəmir yolu işə düşüb

1885. Danimarkalı fizik Nils Bor anadan olub

1933. “Air France” şirkəti təsis olunub

1940. Almaniya Rumıniyanı işğal edib

1949. Almaniya Demokratik Respublikası elan edilib

1952. Rusiya prezidenti Vladimir Putin anadan olub

1963. Con Kennedi nüvə sınaqlarının qadağan edilməsinə dair SSRİ, ABŞ, İngiltərə üçtərəfli sazişini imzalayıb

1971. Fransada qanuni və nikahdankənar doğulan uşaqlar barədə diskriminasiyanı ləğv edən qanun qəbul edilib

1977. SSRİ-də yeni konstitusiya qəbul edilib

1988. Türkiyənin Ərzurum vilayətindəki qazıntılar nəticəsində ermənilərin türk əhalisinə qarşı 1918-ci ildə törətdiyi Yaşılyayla soyqırımına dair maddi sübutlar əldə edilib

1992. Azərbaycan Ali Soveti MDB-yə daxil olmağın əleyhinə səs verib

1994. Surət Hüseynov Azərbaycan Respublikasının baş naziri vəzifəsindən azad edilib

1994. Azərbaycan Respublikası Küveyt ilə diplomatik əlaqələr qurub

1995. Rusiya Federasiyası və Azərbaycan arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

2001. ABŞ Əfqanıstanda hərbi əməliyyatlara başlayıb

2003. Gürcüstanın Azərbaycana olan borcunun restrukturizasiyası haqqında Saziş (təkrar) imzalanıb.

2010. ATƏT-in faktaraşdırma missiyası cəbhə xəttini keçərək Xankəndinə gedib.

2011. Fransa prezidenti Nikola Sarkozi Bakıya rəsmi səfərə gəlib. Sarkozi tarixə Azərbaycana gəlmiş ilk Qərbi Avropalı dövlət başçısı kimi düşüb.

Günün aforizmi:

“Mən varlıyam, çünki rus xalqı belə böyük bir ölkəyə rəhbərliyi 2 dəfə mənə etibar edib”

Vladimir Putin
# 923

Oxşar yazılar