“Atam mənə təcavüz edəndən sonra dedi ki...” – TÜKÜRPƏDİCİ CİNAYƏT DOSYESİ
...Onun üçün adi günlərdən biri idi. Adəti üzrə fəhləliklə qazandığı puldan bir şüşə araq alıb, evə gəldi. Evdə sakitlik idi, 13 yaşlı qızı E.-dən başqa heç kimi görmədi. Arvadı, iki oğlu və kiçik qızı qayınatasıgilə qonaq getmişdilər. Qızına süfrə hazırladan Famil (ad şərtidir) yeməyini yeyib, arağını içəndən sonra “özünə gəldi”. Sonuncu stəkanı başına çəkib, masanın üstünə qoydu. Başını qaldırıb evi, otaqdakı qızını süzdü. Beyni dumanlanmışdı. Ağlına gələn fikirdən özü də səksəndi. Gözü qızına sataşanda özünü saxlaya bilmədi – atalıq hissi də, insanlıq da yoxa çıxmışdı. Könlünə qızıyla mazaqlaşmaq düşmüşdü. Əvvəl qızı ilə zarafatlaşdı, qızın da kefi duruldu, özünün də. Sonra onu yataq otağına aparıb soyundurmağa çalışdı. Qızı ağlayıb, onu itələsə də, əhəmiyyət vermədi. İndi onu dayandırmaq çətin idi...
“Qorxma, heç nə etmirəm”
Famil qızını sakitləşdirmək üçün dil tökməyə başladı. “Qorxma, heç nə etmirəm” deyə onu arxayın salandan sonra çirkin niyyətini həyata keçirdi. Otaqdan çıxanda qızına bu barədə heç kimə danışmamağı tapşırdı...
Atasından qorxan qız başına gələnlər barədə heç kimə danışmadı. Bundan sonra Famil müxtəlif vaxtlarda etdiyi əməli bir neçə dəfə təkrarladı. Hər dəfə araq içib sərxoş olan “ata” evdə qızının tək olmasından istifadə edib, ona dəfələrlə təcavüz edir.
“Səni öldürərəm”
Bir gün evə sərxoş qayıdan Famil bu dəfə evdə kiçik qızı Ə.-nin tək olduğunu görür. Bir müddət çarpayıda yatan qızına tamaşa edən Familin gözü bu dəfə on iki yaşlı qızına düşür. O, qızını yuxudan oyadıb soyunmasını əmr edir. Uşaq da atasının dediklərini edir. Şəhvətdən gözləri qızan ata qızına təcavüz etdikdən sonra ona da “bu barədə kiməsə danışsan, səni öldürərəm” deyib, evdən çıxır. Bundan sonra bir neçə dəfə etdiyi əməli təkrarlayan Famil sonuncu dəfə kiçik qızına təcavüz edərkən həyat yoldaşının gəldiyini hiss edir.
Tövlədə yaxalandı
Tövləyə gələn İlhamə (ad şərtidir) qızının paltarının əynində olmadığını, ərinin isə şalvarının qayışını bağladığını görüb şübhələnir. Lakin ərindən qorxan qadın özünü şübhəli aparmamağa çalışır. Növbəti gün qızı ilə su gətirməyə gedən ana ondan dünən atasının ona nə etdiyini soruşur. Qız əvvəlcə demək isməsə də sonradan atasının etdiklərini anasına danışır. Qız anasına yalvarır ki, bu haqda heç kimə danışmasın.
“Atam bizi öldürər”
“Kiməsə desən, atam bizi öldürər” deyib anasına yalvaran qızın danışdıqlarından İlhamə şoka düşür. Bundan sonra evə qayıdan qadın uşaqları da götürüb, atası evinə gedir və baş verənləri valideynlərinə danışır. Onlar da polisə müraciət etməyi məsləhət görürlər.
İlhamənin şikayət ərizəsindən sonra polis Famili saxlayaraq, şöbəyə gətirir. Lakin Famil ona böhtan atdıqlarını bildirir. Qızlar tibbi ekspertizadan keçdikdən və təhqiqat aparıldıqdan sonra isə Familin günahı sübuta yetirilir...
“Peşmanam”
Famil həm ilkin ifadəsində, həm də məhkəmədə verdiyi ifadələrində törətdiyi əməldən peşman olduğunu deyir. O, bütün günahı arağın, sərxoşluğun üzərinə atıb, özünə hansısa formada bəraət qazandırmaq istəyir. Məhkəmədə ifadə verən Familin anası, həyat yoldaşı, qayınatası və qayınanası da baş vermiş hadisədən şoka düşdüklərini bildirilər.
Familin anası Səlimə (ad şərtidir) baş vermiş hadisə barədə ilk dəfə gəlinindən eşitdiyini, lakin ona inanmadığını deyir.
Familin həyat yoldaşı, qayınanası və qayınatası bu biabırçılıqla yaşaya bilmədiklərini, uşaqların həyatının puç olduğunu bildiriblər və ona ən ağır cəzanın verilməsini məhkəmədən xahiş ediblər.
Zərərçəkmiş kimi məhkəmədə ifadə verən azyaşlı qızlar E. və Ə. isə atalarından iyrəndiklərini, baş vermiş hadisədən sonra bədənlərində müxtəlif
yaraların əmələ gəldiyini söyləyiblər. Onların bədənlərində yaraların olması tibbi ekspertizanın rəyi ilə də təsdiqlənib. Rəydə həmin yaraların iyrənməkdən əmələ gəldiyi qeyd olunub.
***
Məhkəmə istintaqı başa çatdıqdan sonra dövlət ittihamçısı çıxış edərək Familin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyir.
Məhkəmənin 2012-ci il avqust ayında verdiyi hökmə əsasən, Famil 15 il müddətinə azadlıqdan məhrum edilir.
Qeyd: Yazı Xaçmaz rayonunda baş vermiş cinayət hadisəsi ilə bağlı ittiham aktı əsasında hazırlanıb.
Şəhriyar Əlizadə

20465