Vəzifəli şəxslərin dövlət əmlakını talan etməsi faktı müəyyən edilib
24 sentyabr 2012 18:27 (UTC +04:00)

Vəzifəli şəxslərin dövlət əmlakını talan etməsi faktı müəyyən edilib

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Goranboy rayon İcra Hakimiyyəti başçısının Xanqərvənd kəndi üzrə icra nümayəndəliyinin məsul şəxsləri tərəfindən 2008-2012-ci illəri əhatə edən dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməklə dövlətin qanunla qorunan maraqlarına mühüm zərər vurulması müəyyən edilib.

İcra nümayəndəliyinin vəzifəli şəxsləri tərəfindən təftişlə əhatə olunan dövr ərzində Xanqərvənd körpələr evi-uşaq bağçasına qanunsuz olaraq 11 işçi, o cümlədən 1 təsərrüfat müdiri, 5 tərbiyəçi, 1 böyük tibb bacısı və sair işçilər qəbul edilərək onlara ümumilikdə 66 min 221 manat məbləğində əmək haqqı hesablanaraq verilib.

Bundan başqa, Xanqərvənd kəndi üzrə icra nümayəndəliyindən fiziki şəxs Məmmədov Vüsal Fikrət oğlunun hesabına 6 min 67 manat pul keçirilərək icra nümayəndəsinin müavini Xəlilov Xəlil İsfəndiyar oğlunun adına həmin məbləğdə dəftərxana, təsərrüfat malları və digər mal-material alınması barədə qaimə-faktura tərtib edilsə də, araşdırmalar zamanı həmin sənədlərin saxta olduğu, qeyd olunan malların mühasibatlıqda uçota alınmadığı, həmçinin onların paylanılması və istifadə olunmasına dair silinmə aktlarının tərtib edilmədiyi müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanılıb.

Digər cinayət işi Masallı rayon İcra Hakimiyyəti başçısının Həsənli kəndi üzrə icra nümayəndəliyinin məsul şəxsləri tərəfindən 2008-2012-ci illəri əhatə edən dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməklə dövlətin qanunla qorunan maraqlarına mühüm zərər vurulması faktına görə Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə başlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Həsənli kəndi üzrə icra nümayəndəliyindən "Halal", "Təchizat", "Sonay-TM" və "Elçin" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin hesablarına ərzaq məhsullarının alınması üçün köçürülmüş 41 min 906 manat məbləğində vəsaitə dair sənədləşdirmələr aparılmasına baxmayaraq həmin məhsullar müvafiq qaimələr tərtib edilmədən vəzifə saxtakarlığı edilərək qanunsuz olaraq məxaric edilib.

Bundan başqa, təftişlə əhatə olunan dövrdə "Herakl-M" MMC-dən məktəbli forması almaq üçün Həsənli kənd orta məktəbinin direktoru Vəzir Hüseynov tərəfindən 1229 manat, Köçəkli kənd orta məktəbinin direktoru Sakit Ağayev tərəfindən isə 1041 manat xərclənməsi barədə sənədləşmələr aparılmaqla mal əvəzinə həmin müəssisədən nağd pul alınıb.

Etibar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2155

Oxşar yazılar

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06