Dünya bu gün
25 sentyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1396. Nikopol yaxınlığındakı döyüşdə Birinci Bəyazidin qoşunu səlibçiləri darmadağın edib. Döyüş nəticəsində Bolqarıstan Osmanlının əyalətinə çevrilib (1878-ci ilədək)

1493. Kolumb ikinci dəfə Amerikaya səyahətə yola düşüb

1804. Amerikada ilk insan hüquqları Bəyannaməsi qəbul edilib

1890. Görkəmli folklorşünas, Azərbaycan atalar sözlərini toplayan Əbülqasım Hüseynzadə anadan olub

1906. Rus bəstəkarı Dmitri Şostakoviç anadan olub

1909. Fransada dünyada ilk dəfə olaraq aviasiya sərgisi açılıb

1911. İtaliya Osmanlı imperiyasına qarşı müharibə elan edib

1918. Azərbaycan Demokratik Respublikası hökuməti milli valyutanın dövriyyəyə buraxılması haqqında qərar qəbul edib

1919. Qazax qəzası kəndlilərinin 1 qurultayı keçirilib

1926. “Ford” zavodlarında 5 günlük 8 saatlıq iş rejiminə keçilib

1932. Kataloniya muxtariyyət əldə edib

1935. Filosof Asif Ata (Əfəndiyev) anadan olub

1962. Əlcəzair Xalq Demokratik Respublikası elan edilib

1974. Elm adamları aerozolların ozon təbəqəsini korlaması barədə bəyannamə yayıb

1976. Jurnalist Eynulla Fətullayev anadan olub

1987. Afrikada il metro Qahirədə açılıb. “Qara qitə”nin ikinci metro sistemi isə 31 oktyabr 2011-ci ildə Əlcəzairdə açılıb.

1989. Litva Ali Soveti 1940-cı il sovet işğalını qanunsuz elan edib

1997. Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında Saziş imzalanıb

1999. Rusiya xarici borca görə dünya lideri olub (160 milyard dollar)

2005. “Azadlıq” bloku Bakıda mitinq keçirib

2007. Elton Con Bakıda ilk dəfə konsert verib

2009. Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Ali Şahin Azərbaycana rəsmi səfərə gəlib

2009. Azərbaycan Respublikası Milli Məclisinin yeni binası istifadəyə verilib.

Günün aforizmi

“İnsan pisdir ?-- Səbəb Yenə səbəb insandır!”

Asif ata
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843

Oxşar yazılar

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06