Elektrovozu ildırım vurdu, qatarların hərəkəti dayandırıldı
24 sentyabr 2012 15:04 (UTC +04:00)

Elektrovozu ildırım vurdu, qatarların hərəkəti dayandırıldı

Bu gecə Azərbaycan ərazisində ildırım vurması nəticəsində dəmir yolu qatarlarının hərəkəti dayandırılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon Dəmiryol İdarəsindən məlumat verilib.


Biləcəridən Hacıqabul istiqamətində hərəkətdə olan yük vaqonlarını daşıyan elektrovozu Hacıqabulun Pirsaat kəndi ərazisində ildırım vurub. Nəticədə dəmir yolunun elektrik xəttində enerji kəsilib. İki saatdan çox hər iki istiqamətdə qatarların hərəkəti dayanıb.
Bundan başqa, «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, Qazax-Bakı, Böyük Kəsik-Bakı, Balakən-Bakı, Ağstafa-Bakı və s. istiqamətdə sərnişin və yük qatarlarının hərəkəti iki saatdan çox dayandırılıb. Gecə saat 03:30 radələrində qatarların hərəkəti bərpa olunub. Nəticədə, bütün qatarlar Bakıya gecikmə ilə gəlib.

Böyük Kəsik-Bakı və Qazax-Bakı qatarları isə hələlik Bakıya çatmayıb. QSC-dən verilən məlumata görə, Böyük Kəsik-Bakı qatarı Bakıya 09:20-də, Qazax-Bakı isə 09:50-də çatmalı olduğu halda, bu qatarlar Biləcəri stansiyasına yalnız 14:30-da çatıb və təqribən 15:00-da həmin qatarlar təyinat məntəqəsində olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2776

Oxşar yazılar

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü -YENİLƏNİB -VİDEO

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06