Salyanda faciə: ata və oğul öldü, 3 nəfər yaralandı
Salyanda baş verən dəhşətli yol qəzasında bir ailənin 2 üzvü-ata və oğul dünyasını dəyişib, digər 3 üzvü isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat idarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yol qəzası sentyabrın 16-da saat 14.00 radələrində Ələt-Astara magistral yolunun 65-ci kilometrliyində, Salyan rayonunun Quyçu kəndi ərazisində qeydə alınıb.
Yevlax rayon sakini Hətəm Əsgərovun idarə etdiyi “Jiquli” markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olan “QAZel” markalı yük maşını qarşı-qarşıya toqquşub.
Hadisə nəticəsində “Jiquli”nin sürücüsü hadisə yerində keçinib. Onun maşında olan ailə üzvləri-həyat yoldaşı 27 yaşlı Rəsmiyyə Həsrət qızı Əsədova, övladları 11 yaşlı Həsrət, 6 yaşlı Esmira və 4 yaşlı Ceyhun Əsədovlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Uşaqlardan biri - Ceyhun Əsədov xəstəxanaya aparılarkən yolda keçinib. Digər xəstələrə isə həkimlər tərəfindən ilk tibbi yardım göstərilib.

Oxşar yazılar

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO
11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı
11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı
11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü
11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı
10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü
10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu
10 may 2025 , 22:04