Xaçmazda piyadanı maşın vurdu
13 sentyabr 2012 11:21 (UTC +04:00)

Xaçmazda piyadanı maşın vurdu

Sentyabrın 12-də saat 18:30 radələrində Xaçmaz rayonunun Nəriman Nərimanov prospektində ağır yol qəzası baş verib. Xaçmaz rayon Armudpadar kənd sakini, 22 yaşlı Aydın Məmmədovun idarə etdiyi 90-LO-215 dövlət nömrə nişanlı vaz 21015 markalı nəqliyyat vasitəsi ilə yolu keçmək istəyən piyada, 65 yaşlı Xaçmaz rayon Sərkərli kənd sakini Əlziman Məmmədovu vurub.

Ə.Məmmədov Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar