Diaspor liderini öldürmək istəyən... azərbaycanlı çıxdı
12 sentyabr 2012 14:42 (UTC +04:00)

Diaspor liderini öldürmək istəyən... azərbaycanlı çıxdı

Lent.az-ın Ulyanovsk KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayət şöbəsindən bildirilib. Məlum olub ki, bu şəxs Hüseynovun özünün də yaxşı tanıdığı azərbaycanlıdır.

Şöbənin xüsusi işlər üzrə müstəntiqi Aleksandr Sorokinin bildirdiyinə görə, həmin adam uzun müddətdir ki, Ulyanovskda yaşayırmış və hücuma məruz qalan İslam Hüseynovla münasibətləri varmış.

“Biz hazırda həmin şəxsin yerini müəyyənləşdirməyə çalışırıq. Hüseynov özü isə nədənsə istintaqla əməkdaşlıq etməkdən çəkinir” - deyə, Sorokin bildirib.

Xatırladaq ki, dünən günorta saatlarında Çelyabinskdəki Azərbaycan diasporunun rəhbəri İslam Hüseynova qarşı sui-qəsd olub. Hüseynov özü yaralanıb, mühafizəçisi isə öldürülüb.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3325

Oxşar yazılar