
FHN Lökbatandakı qəza ilə bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi bu gün Bakı şəhərinin Qaradağ rayonunda baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə saat 07:35 radələrində Bakı şəhəri, Qaradağ rayonunda dəmir yolu keçidində “Ağstafa-Bakı” marşrutu ilə hərəkət edən sərnişin qatarı və avtobus toqquşması ilə bağlı məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, 6 nəfər hadisə yerində ölüb, 40 nəfərdən çox insan müxtəlif xəsarət alıb. Xilasedicilər cəsədləri və yaralıları, ağır deformasiyaya uğramış nəqliyyat vasitəsindən müvafiq qaydada götürərək aidiyyəti üzrə təhvil verib, habelə zəruri təhlükəsizlik tədbirləri görüb. Əməliyyat saat 09:25-də başa çatıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar yazılar

Ağdaşda FACİƏ: 35 yaşlı kişini cərəyan vurub öldürdü
8 avqust 2025 , 20:34
Bakıda dənizdə 1 nəfər batdı
8 avqust 2025 , 19:54
Bakıda üzüm çardağında meyit tapıldı
8 avqust 2025 , 19:11
Kamran Əliyev bu cinayət işləri ilə bağlı tapşırıq verdi
8 avqust 2025 , 16:10
Lotereya oğrusu TUTULDU
8 avqust 2025 , 13:08
Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ
8 avqust 2025 , 12:34
Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ
8 avqust 2025 , 12:10