Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işi başlanılıb
17 avqust 2012 12:57 (UTC +04:00)

Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işi başlanılıb

Lent.az-ın məlumatına görə, bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb.

Məlumata görə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Bakı şəhər Prokurorluğunda cinayət işi başlanılıb və istintaq aparılır.

İstintaqın gedişində eks-prezidentə yaxın xeyli şəxs dindirilib. Onların arasında Ə.Elçibəyin yaxın qohumu Əli Mürsəloğlu, hüquqşünas Adil Minbaşı, qardaşı Almurad Əliyev, eks-prezidentin həkimləri və digərləri var.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a bildirib ki, məsələ ilə bağlı məlumat hazırlanır və gün ərzində həmin məlumat KİV-ə ötürüləcək.

Qeyd edək ki, H.Hacıyev mərhum prezident Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsi iddiası ilə çıxış edib və hüquq-mühafizə orqanlarına müraciət edib.

Nizam RZA
# 2597

Oxşar yazılar