“Topaz”-dan 8000 manat oğurlayan şəxs tutulub
08 avqust 2012 13:59 (UTC +04:00)

“Topaz”-dan 8000 manat oğurlayan şəxs tutulub

Bakıda mərc oyunları klubundan xeyli miqdarda pul oğurlamış şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-da Səbinə Nəbiyevaya məxsus "Topaz Mərc Oyunları" klubundan 8000 manat pul oğurlamış şəxsin Bakı şəhər sakini Taleh Kərimov olması müəyyən edilib.

T.Kərimov tutulub.
# 648

Oxşar yazılar