“Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi işdən çıxarıldı - SƏBƏB
25 noyabr 2019 17:38 (UTC +04:00)

“Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi işdən çıxarıldı - SƏBƏB

Noyabr ayının 25-də Dövlət Sərhəd Xidməti (DSX) rəh­bərliyinin, xidmətin sərhəd nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nə­zarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrindəki vəziyyətlə əlaqədar xidməti müşavirə keçiril­ib.

Lent.az-a DSX-nın mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-ley­tenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qay­dalarının və vətəndaşların hü­quq­larının pozulması, onlara qarşı ko­budluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol ver­dikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2710

Oxşar yazılar