"Jiquli" ilə vurulan 80 yaşlı kişi xəstəxanada öldü
25 noyabr 2019 12:41 (UTC +04:00)

"Jiquli" ilə vurulan 80 yaşlı kişi xəstəxanada öldü

Sabirabadda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Lent.az-ı məlumatına görə, hadisə noyabrın 22-də saat 18:30-da şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Sabirabad rayonu, Surra kənd sakini, 24 yaşlı Kərimov Seyidağa Seymur oğlu idarə etdiyi “Vaz-2107” markalı avtomobillə yolu keçən piyada, 80 yaşlı şəhər sakini Xudiyev Əli Feyruz oğlunu vurub. Nəticədə Ə.Xudiyev sol bud sümüyünün sınığı diaqnozu ilə Sabirabad rayon Mərkəzi Xəstəxanasına,  sonra Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ə.Xudiyev noyabrın 23-də saat 12:00-da aldığı xəsarətlərdən həmin xəstəxanada vəfat edib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1028

Oxşar yazılar