Təmizləyici vasitələrin ölümcül təhlükələri   nələrdir?
25 sentyabr 2023 15:06 (UTC +04:00)

Təmizləyici vasitələrin ölümcül təhlükələri nələrdir?

Alimlər məişət təmizləyici vasitələrin ölümcül təhlükəsindən danışıblar.

Lent.az xəbər verir ki, hər bir məişət təmizləyici məhsul istifadə edildikdə yüzlərlə potensial zəhərli maddə buraxır.

Alimlər 30 adi məişət təmizləyici məhsulu sınaqdan keçiriblər. Bunlardan 29 məhsul nəfəs aldıqda astma, xərçəng və hərəkətlilik problemləri riskini artıran uçucu birləşmələr, toksinlər buraxıb.

Mütəxəssislər hər bir məhsulu möhürlənmiş kameranın içərisində şüşə təbəqəyə səpərək bir dəqiqədən sonra onu siliblər. Məlum olub ki, sınaqdan keçirilən bütün məhsullar 530 uçucu üzvi birləşmə buraxıb, onlardan 193-ü insan sağlamlığı üçün təhlükəli hesab edilib.

Tədqiqatçılar təmizlik mütəxəssislərinin tənəffüs yolları xəstəliklərindən əziyyət çəkdiyini və onlarda digər insanlarla müqayisədə astma xəstəliyinin 50% daha çox inkişaf etdiyi müşahidə olunub. Mütəxəssislər bunu təmizlik məhsullarına müntəzəm məruz qalma ilə əlaqələndirirlər.

Amerika Ağciyər Assosiasiyasına görə, uzun müddət təmizləyici maddələr ətrafında nəfəs aldıqda zərər verə bilər və gözləri, burnu, boğazı və ağciyərləri qıcıqlandıra bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4587
avatar

Sevinc Fərid

Oxşar yazılar