Mətbəx və vanna otağında kanalizasiya sisteminin ömrünü uzatmaq üçün boruların düzgün istismar qaydalarını bilmək vacibdir. Bir çox insan kanalizasiyanı təmizləmək üçün qaynar suyu birbaşa rakovinaya (mətbəx qəfəsinə) tökür. Bu, ən effektiv xalq üsullarından biri kimi tanınır, lakin santexniklər bunu tövsiyə etmir.
Niyə qaynar suyu rakovinaya tökmək olmaz?
Lent.az bununla bağlı məlumatları təqdim edir:
Boruların materialı əsas amildir.
Metal borular (dəmir, polad və mis) yüksək temperaturu daha yaxşı saxlayır və qaynar sudan zədələnmir.
PVS (polivinilxlorid) borular isə qaynar suyun təsirindən zədələnə bilər.
PVS borularına necə ziyan dəyir?
Əksər borular və sirofonlar (süzgəclər) polivinilxloriddən (PVS) hazırlanır.
PVS – elastik, möhkəm və korroziyaya davamlı materialdır, lakin yüksək temperatur onu zəiflədir.
PVS boruların icazə verilən maksimum temperaturu +65 °C-dir.
Əgər siz mütəmadi olaraq qaynar suyu PVS borularına töksəniz:
Borular yumşalıb elastik hala gələcək.
Dəyişikliklər və deformasiyalar baş verəcək.
Birləşmə yerlərində çatlar və sızmalar yarana bilər.
Bütün kanalizasiya sistemi sıradan çıxa bilər və bahalı təmir tələb oluna bilər.
Bu problem xüsusilə müasir binalarda daha aktualdır, çünki PVS borular bu gün ən çox istifadə edilən materiallardan biridir.
Bəs metal borular üçün təhlükə varmı?
Əgər evinizdə kanalizasiya sistemində metal borular (dəmir, polad və ya mis) quraşdırılıbsa, qaynar su onlara ziyan vurmayacaq.
Lakin diqqət etməli olduğunuz məqamlar:
Boru birləşmələrində plastik və ya rezin elementlər ola bilər.
Bu hissələr qaynar sudan zədələnə və sızmalar yarana bilər.
Kanalizasiya sistemini qorumaq üçün nə etməli?
Qaynar suyu birbaşa rakovinaya tökməyin.
Əgər borularınız PVS-dəndirsə, suyu bir az soyutduqdan sonra tökün.
Kanalizasiya tıxanmasını aradan qaldırmaq üçün alternativ üsullardan istifadə edin – məsələn, xüsusi təmizləyici vasitələr.
Əgər metal borularınız varsa, birləşmə hissələrində plastik elementlərin olub-olmadığını yoxlayın. Bu sadə tədbirlərlə evinizdəki kanalizasiya sisteminin ömrünü uzada və bahalı təmirdən qaça bilərsiniz!