Mətbəxdəki ən çirkli  4 əşya
23 avqust 2023 17:01 (UTC +04:00)

Mətbəxdəki ən çirkli 4 əşya

Mətbəxdəki ən çirkli əşyalar məlum olub.

Bezlər

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hər gecə yatmazdan əvvəl çirkli bezləri ağartıcı ilə islatmaq lazımdır.

Bu vərdiş səhərlər mətbəxinizdən bakteriyasız istifadə etməyə imkan verir.

Doğrama taxtası

Tərəvəz və ət məhsullarını eyni taxtada doğramayın. Doğrama taxtalarını təmizləməyin ən yaxşı yolu onları qabyuyan maşında yumaqdır, çünki onlar insan əllərinin toxunması üçün çox istidir və bu, bakteriyaları öldürə bilər. 

Dondurucu

Qidaları təhlükəsiz saxlaya biləcəyimizi düşündüyümüz soyuducular da gigiyena baxımından o qədər də təmiz olmur. Soyuducunu hər iki aydan bir yaxşıca təmizləməyi unutmayın. Rəfləri sabunlu su ilə yaxşıca silin.

Soyuducuda olan pis qoxulara qarşı soda istifadə edə bilərsiniz. Unutmayın ki, soyuducu salmonella kimi bakteriyalar üçün yaxşı bir çoxalma yeridir.

Zibil qutuları

Zibil qutuları həm də bakteriyalar üçün çoxalma yeridir. Mütəxəssislər zibil qutusunu mətbəxdə saxlamağı məsləhət görmürlər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3654
avatar

Arzu Qurbanlı

Oxşar yazılar