Diş fırçalarını hamam otağında saxlamayın – Təhlükəlidir
15 may 2023 16:02 (UTC +04:00)

Diş fırçalarını hamam otağında saxlamayın – Təhlükəlidir

Bir çox insan rahatlıq üçün diş fırçasını vanna otağında saxlayır. 

Lent.az “Lad Bible” portalına istinadən xəbər verir ki, bəzən ayaq yolu və hamam eyni otaqda olur. Bu da gigiyenik olaraq düzgün deyil. Bu zaman bakteriyalar vanna otağındakı diş fırçalarında toplana bilər. 

Məsləhət görülür ki, diş fırçaları xüsusi qablarda saxlanılsın. Həmçinin diş fırçasını kranın yaxınlığında yox, bağlana bilən rəfdə qoyun. 

Bəzən bunlara ciddi yanaşılmır. Amma qeyd etmək lazımdır ki, bu həssas məsələdir. Ağız boşluğu ilə bakteriyaların insan orqanizminə keçməsi daha təhlükəli və asandır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3375
avatar

Sevinc Fərid

Oxşar yazılar