Dəsmalları tük kimi yumşaq etmək üçün  hansı temperaturda   yumaq lazımdır?
02 sentyabr 2025 14:03 (UTC +04:00)

Dəsmalları tük kimi yumşaq etmək üçün hansı temperaturda yumaq lazımdır?

0

Dəsmallar evdə hər gün istifadə etdiyimiz əşyadır. Vaxt keçdikcə hətta yeni alınmış dəsmallar da sərtləşir, yumşaqlığını və bədənə xoş toxunuşunu itirir. Çoxları bunun yalnız toz və ya yumşaldıcı ilə bağlı olduğunu düşünür, amma əsas sirr düzgün yuma temperaturundadır.

Lent.az bu yuma üsulunu təqdim edir:

Niyə 30° və 40° temperatur uyğun deyil?

30° və ya 40°-də yuyulduqda dəsmallar toz və yüngül ləkələrdən təmizlənsə də, sabun qalıqları və mikroblar parçada qalır. Məhz bu qalıqlar zamanla parçanı sərtləşdirir və xoşagəlməz edir. Buna görə də belə aşağı temperatur xüsusilə mahrov dəsmallar üçün yaxşı seçim deyil.

Dəsmallar üçün ideal temperatur

Ən optimal seçim 60°-də yumaqdır. Bu, “qızıl ortalıq” hesab olunur:

Parça 90°-də olduğu kimi korlanmır.

Bütün bakteriya və kirləri tamamilə məhv edir.

Parça lifləri açılır və hətta köhnə dəsmallar da yenidən yumşaq və rahat olur.

Əlavə sirlər dəsmalları daha da yumşaq etmək üçün

Yuyarkən bir az çörək sodası və ya sirkə əlavə edin bunlar tozun qalıqlarını həll edir. Yumşaldıcıdan həddindən artıq istifadə etməyin o, lifləri doldurur və parçanın suyu hopdurma qabiliyyətini azaldır. Yuyandan sonra dəsmalları yaxşıca çalxalayın və təmiz havada qurudun – bu, onların tüklü qalmasına kömək edəcək. Beləliklə, dəsmalların illərlə yumşaq və rahat qalmasını istəyirsinizsə, 60° temperaturda yuma və sadə qulluq qaydalarına əməl etmək kifayətdir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 736

Oxşar yazılar