Evdə hər hansı bir əşyaya ehtiyac olduqda ağla gələn ilk şey onu almaqdır. Ancaq bundan başqa da həll yolları ola bilər. Evdə olan istifadə etmədiyimiz bəzi əşyalardan yararlanaraq, bir çox ehtiyacımızı satın almadan ödəyə bilərik.
Lent.az Türkiyə mətbuatına istinadən həmin ipuculardan bəzilərini təqdim edir:
Köhnə qarışdırıcını çılçırağa çevirə bilərsiniz.
İstifadə etmədiyiniz cinslərinizdən çantalar düzəltmək olar.
Köhnə kitab rəfinizi tərəvəz əkə biləcəyiniz kiçik bağçaya çevirə bilərsiniz.
Köhnə pijamalardan yenidən istifadə edilə bilən üz silmə pambıqları hazırlayın.
Kağız dəsmal istifadə etmək əvəzinə pambıq dəsmallarınızı kiçik parçalara ayırıb istifadə edə bilərsiniz.
Hədiyyələri bağlamaq üçün naxışlı parçalardan istifadə edin, bu daha gözəl görünər.
Köhnə bir çantadan uşağınız üçün kiçik ayaqqabılar düzəldə bilərsiniz.
Plastik bir təşkilatçı (orqanizatır) almaq əvəzinə kiçik karton qutulardan istifadə edin.
Kakos qabığını duz və ya şəkər qabı kimi istifadə edə bilərsiniz.
Köhnə mebellərinizi boyayıb, hissələrə ayırmaqla yenidən yararlanın.
Su şüşələrini sabun qabı kimi istifadə edə bilərsiniz.