Yunanıstan məhkəməsi TV ilə bağlı qərarı dayandırıb
18 iyun 2013 05:24 (UTC +04:00)

Yunanıstan məhkəməsi TV ilə bağlı qərarı dayandırıb

Son günlər Yunanıstanda dövlət teleradio şirkətinin bağlanması ilə əlaqədar ölkədə etiraz aksiyaları keçirilir.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkə hökumətin məsələyə dair qərarını dayandırıb.

 

Xatırladaq ki, iyunun 11-də Yunanıstan hökuməti  dövlət büdcəsinə qənaət etmək məqsədi ilə dövlət televiziya və radio şirkətinin fəaliyyətini dayandırmışdı.

 

Hökumətin mətbuat-katibi Simos Kedikoğlu bunu şirkətin fəaliyyətinin «şəffaf olmaması, israfçılıqla» izah edib.

 

Hökumətin bu qərarından iki gün sonra teleradio şirkətinin bağlanmasına etiraz aksiyaları keçirilib.

 

Bu tədbirlərdə ölkənin bütün KİV-in işçiləri  və həmkarlar təşkilatları iştirak edib.

 

Qeyd edək ki,  şirkətin 2500 işçisi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377
avatar

Oxşar yazılar