İraqda baş verən əvvəlki və indiki olaylardan ən çox əziyyət çəkən ölkənin türkmən əhalisidir. Lent.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, “İraq Şam İslam Dövləti” yaraqlılarının dinc türkmənlərə qarşı silahlı basqınları davam edir.
İraq Türkmən Cəbhəsinin başçısı Ərşad Salehi bildirib ki, silahlı basqınlardan qorunmaq üçün silahlanacaqlar.
“Türkmənlərini özlərini qorumaq haqqı var. Bölgəmizi və xalqımızı qorumaq üçün silahlanmaq məcburiyyətindəyik” -deyə, Ə.Saleh vurğulayıb.
Türkmənlərin Təlaferi şəhərinin İŞİD tərəfindən işğalından sonra rahatsızlığın artdığını bildirən təşkilat rəhbəri “hadisələr bir məzhəb savaşına doğru inkişaf edir” və bunun qarşısının alınmasının vacib olduğunun deyib.
Ə.Salehi bildirib ki, İŞİD Təlaferə nəzarəti ələ keçirəndən sonra minlərcə qaçqın Mosul və Sincara sığınıb: “Bölgədə humanitar faciə yaşanır”.
O, əlavə edib ki, İraqın şimalına nəzarət edən kürdlərin silahlıları, peşməgərələr yaranmış vəziyyətdən sui-istifadə edirlər: “Bu acınacaqlı durumu özlərinə fürsət bilənlər Kərkük, Təlafər, Bakuba və Tuzhurmatu bölgələrini ələ keçirərək, buralara birdəfəlik sahib olmaq istəyir”.