Türkiyə Statistika Qurumu «Ünvana əsaslanan qeyd sistemi üzrə 2012-ci ildə əhalinin siyahıyaalınması»nın nəticələrini elan edib.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, 2011-ci ildə ölkə əhalisinin sayı 74 milyon 724 min 269 nəfər olmuşdusa, 2012-ci ilin sonunda bu rəqəm 75 milyon 627 min 384 nəfərə çatıb. Beləliklə, bir ildə Türkiyə əhalisinin sayı bir milyona yaxın - 903 min 115 nəfər çoxalıb.
Əhalinin 50,2 faizi kişi (37 milyon 956 min 168 nəfər), 49,8 faizi isə qadındır (37 milyon 671 min 216).