Şotlandiya müstəqilliyini elan edə bilər
17 aprel 2016 18:05 (UTC +04:00)

Şotlandiya müstəqilliyini elan edə bilər

“Böyük Britaniyanın Avropa İttifaqından çıxacağı təqdirə Şotlandiya müstəqilliklə bağlı təkrar referendum keçirmək hüququna malik olmalıdır”.

 

APA-nın “Reuters” aentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Şotlandiya Milli Partiyasının sədri Nikola Stercen bəyan edib.

 

N. Stercen deyib ki, əgər Avropa İttifaqından çıxmaq şotland xalqının iradəsinə zidd olarsa, Şotlandiya müstəqilliklə bağlı təkrar referendum keçirmək hüququna malik olmalıdır. Onun sözlərinə görə, əgər 2014-cü illə müqayisədə şotland xalqının fikri dəyişsə və əksəriyyət ölkəni müstəqil görmək istəsə, referendum mütləq keçirilməlidir.

 

Qeyd edək ki, 2014-cü ilin martında keçirilən referendum zamanı şotlandların 55 faizi Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalmasına səs verib. Ancaq bu yaxınlarda aparılan sosioloji sorğunun nəticəsi göstərib ki, əgər yenidən referendum keçirilərsə, şotlandların yarıdan çoxu müstəqilliyə səs verər.  Bu ilin martında N. Stercen də partiyanın yeni referendum keçirilməsi uğrunda mübarizəyə başladığını, ancaq əhalini “qorxutmağ”ı planlaşdırmadıqlarını bəyan edib. Partiya yeni siyasətini yaydan, yəni mayda yerli parlamentə keçirilən seçkilərdən və Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı iyunda keçiriləcək referendumdan sonra reallaşdırmağa başlayacaq. Bundan əvvəl N. Stercen onu da bəyan etmişdi ki, əgər referenduma şotlandlar Böyük Britaniyanın qalan hissəsindən fərqli olaraq Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmasına səs verərsə, Şotlandiyanın müstəqilliyi uğrunda referendum keçirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368

Oxşar yazılar

Tramp: İranda bütün nüvə obyektləri məhv edildi

Tramp: İranda bütün nüvə obyektləri məhv edildi

23 iyun 2025 , 07:38
Kolumbiyada 57 hərbçi  girov götürüldü

Kolumbiyada 57 hərbçi girov götürüldü

23 iyun 2025 , 05:31
İsrail Tehrandakı hərbi obyektlərə zərbələr endirir

İsrail Tehrandakı hərbi obyektlərə zərbələr endirir

23 iyun 2025 , 00:04
İsrailin İranı VURDU:  SEPAH-ın yeddi hərbçisi öldürüldü

İsrailin İranı VURDU: SEPAH-ın yeddi hərbçisi öldürüldü

22 iyun 2025 , 22:10
Dəməşqdə kilsədə TERROR:  25 nəfər öldü, onlarla yaralı var-VİDEO

Dəməşqdə kilsədə TERROR: 25 nəfər öldü, onlarla yaralı var-VİDEO

22 iyun 2025 , 20:43
Jurnalist Fatih Altaylı həbs edildi

Jurnalist Fatih Altaylı həbs edildi

22 iyun 2025 , 18:02
İran bunu da edir

İran bunu da edir

22 iyun 2025 , 17:20
ABŞ-ın vurduğu Fordoda nə olub?

ABŞ-ın vurduğu Fordoda nə olub?

22 iyun 2025 , 13:02