Səudiyyə şeyxi: «Müsəlman qadınların Dubaya getməsi günahdır»
18 iyun 2013 06:06 (UTC +04:00)

Səudiyyə şeyxi: «Müsəlman qadınların Dubaya getməsi günahdır»

Səudiyyə Ərəbistanının din xadimi Məhəmməd əl-Şanar qadınların Dubaya getməsini yasaqlayan fitva verib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, əl-Şanar bu fitvanı İnternet istifadəçisinin sualına cavab olaraq, verib.

 

«Bir qadın mənə müraciət edərək, soruşdu ki, kişi müşayiəti olmadan Dubaya səfər edə bilərmi. Cavab olaraq bildirdim ki, müşayiət olunmasından asılı olmayaraq, Dubaya getmək qadağandır. Bu günahlar və eyşi-işrət şəhəridir. Ora tək gedən qadın həm günah işlədir, həm də onun üçün təhlükəlidir»-deyə, səudiyyə şeyxi bildirib.

 

İslam hüququ üzrə  professor Əbdüləziz əl-Fozan  əl-Şanarın fitvasını şərh edərkən bildirib ki, qohum kişinin müşayiəti olmadan qadınların Dubaya getməsi  «günah» olsa da, oranın «günahlar şəhəri» adlandırmasını səhv təsəvvür adlandırıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245
avatar

Oxşar yazılar