Rusiyanın Saratov vilayətinin Puqaçov şəhərində bir neçə yüz sakin gəlmələrin deportasiya edilməsi ilə bağlı icazəsiz mitinq keçirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, buna səbəb kimi milli zəmində bir nəfərin öldürülməsi göstərilib.
Mənbə xatırladıb ki, ötə həftənin sonunda qızla bağlı gənclər arasında dava-dalaş düşüb. Nəticədə Ruslan Mərcanov adlı desant bıçaqla qətlə yetirilib. Onu öldürənin yeniyetmə gənc olduğu ehtimal edilir.
Növbəti gün şəhər meydanına yüzə yaxın sakin toplaşaraq, Məcanovun qisasını alacaqlarını bildiriblər. Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib ki, polis kütləvi dava –dalaşın qarşısını alıb.
Yerli istintaq idarəsinin sayında Çeçenistandan olan həmin yeniyetmə qətldə şübhəli bilinərək, iki aylığına həbs olunub.
Saratovun qubernatoru Valeri Radayev bildirib ki, milli məsələdə «spekulyasiya» qarşısıalınmaz olaylarla nəticələnər.