Saakaşvilinin Ukraynaya girişinə qadağa qoyuldu
24 dekabr 2013 13:08 (UTC +04:00)

Saakaşvilinin Ukraynaya girişinə qadağa qoyuldu

Siyahıda amerikalılar və avropalılar da var 


 

Ukrayna Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Xidməti aralarında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin, ABŞ və Avropa Birliyi ölkələri vətəndaşlarının olduğu 36 nəfərin ölkəyə girişinin qadağan olunması barədə iqtidardakı Regionlar Partiyasının deputatı Oleq Tsarevin müraciətini təmin edib. APA-nın “Kommersant-Ukraina”ya istinadən verdiyi məlumata görə, deputat xarici işlər naziri Leonid Kojara və Təhlükəsizlik Xidmətini rəhbəri Aleksandr Yakimenkonun adına müvafiq müraciəti dekabrın 8-də göndərib. O bildirib ki, bəzi əcnəbi siyasi texnoloqların və etirazların təşkili üzrə mütəxəssislərin Ukraynaya səfərləri milli təhlükəsizliyə təhdid yaradır. 

 

Siyahıda M. Saakaşvili ilə yanaşı daha 29 Gürcüstan vətəndaşının, eləcə də ABŞ-ın Con Hopkins Universitetinin elmi əməkdaşı Taras Kuzyo, tanınmış almaniyalı politoloq Andreas Umland və digər şəxslərin adları var.

 

Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvili artıq 3 Gürcüstan vətəndaşının Ukraynaya səfərinə icazə verilmədiyini söyləyib. Onlardan biri “Rustavi-2” telekanalının jurnalisti David Kakuliyadır. Səfir bu məsələni aydınlaşdırmağa çalışdığını deyib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1057

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26