Patronundan Rza Zərraba xoş sözlər: "Sən artıq böyüdün!"
22 dekabr 2013 07:58 (UTC +04:00)

Patronundan Rza Zərraba xoş sözlər: "Sən artıq böyüdün!"

Türkiyədə «korrupsiya əməliyyatı» ilə bağlı şübhəlilərin saxlanılması və araşdırmalar davam edir. Lent.az-ın «habertürk»-ə istinadən verdiyi məlumatına görə, Rza Zərrabın «rəisim» dediyi şəxsin kimliyi müəyyənləşib. Bu, iranlı milyarder Bəbak Zəncanidir. O Zərrabla bu həftə Antalyada görüşəcəkmiş.

 

Əməliyyatda adı  "N 1" kimi çəkilən Babək Zəncaninin nəzarətində aviaşirkəti, maliyyə qurumları, neft tankeri olduğu bildirilib. Onun həm də «Onur air» hava yolları şirkətinin gizli sahibi olduğu aşkarlanıb. Bu şirkət  2013-cü ildə 250 milyon dollara İran əsilli, Dubayda yaşayan iş adamı Mehdi Şəmsə satılıb. Zəncani daha sonra şirkətin  "Qehsem airlines"ə satıldığını bildirib.

 

Zəncaninin "Ulusoy" və  "Varan" adlı nəqliyyat şirkətlərini də səhmlərinin  yarısını 100 milyon dollara satın aldığı iddia edilir.

 

Babək Zəncaninin adı Avropa Birliyi və  ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında da var.

 

Mənbə xatırladıb ki, təxminən bir il öncə Dubaya gedən təyyarədə 1,208 ton qızılın qanunsuz aparılıdığı müəyyən edilib. Bu yükün Babək Zəncaniyə aid olduğu sübuta yetirilib. O, bu qızılın qurtarılması üçün R.Zərrabı təlimatlandırıb. R. Zərrab isə bir  siyasətçiyə  1 milyon dollar rüşvət verərək, həmin yükün Dubaya qiymətsiz metal kimi göndərilməsinə nail olub.  Bundan sonra Zəncani Zərrabla əlaqə saxlayaraq, deyib: "Afərin, qardaşım, sən artıq böyüdün. Gözüm arxada qalmayacaq".

 

Mənbə xatırladıb ki,  Zəncaninin karyerasına 1999-cu ildə  Mərkəzi Bankanın baş direktoru Nurbəxşin sürücüsü olduğu vaxtdan başlayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9532

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26