Rusiya hərb gəmiləri Beyrutda
17 mart 2013 04:50 (UTC +04:00)

Rusiya hərb gəmiləri Beyrutda

Rusiyanın  Hərbi Dəniz Donanmasının Baltik dənizindəki üç savaş gəmisi ilk dəfə Livanın Beyrut limanına gedib.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, Suriyanın Tartus dəniz limanında lövbər salmış gəminin Beyruta getdiyi hələ ki bilinmir.

 

Livanlı general Emin Hteyit  Rusiya gəmilərinin ehtiyaclarının ödəmək üçün Beyruta getdiyini və bunu «normal bir vəziyyət olaraq, qarşılanmasını» vurğulayıb.

 

O, bu hərəkətin iki səbəbini göstərib: «Birinci, Beyrut Rusiyanın bölgədə yeni strateji mərkəzi olai bilər. İkinci  isə ola bilsin, Tartusda meydana gələn olaylar üzündən Rusiya gəmiləri üçün Beyrut daha təhlükəsiz limandır».

 

Xatırladaq ki, Rusiyaya aid «Yaroslav Mudrıy» adlı gəmi ile yanaşı  «Kalininqrad» və «Aleksandr Şabalin» böyük gəmilərdən ibarət 3 savaş gəmisi Beyrut limanında lövbər salıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1367

Oxşar yazılar