Qəddafinin oğlu və hakimiyyətinin məmurları məhkəmə qarşısına
18 iyun 2013 07:29 (UTC +04:00)

Qəddafinin oğlu və hakimiyyətinin məmurları məhkəmə qarşısına

Liviya hakimiyyətinin keçmiş dövlət başçısı Müəmmər Qəddafi hakimiyyətinin yüksək vəzifəli məmurları, o cümlədən oğlu Seyfülislam Qəddafinin törədikləri cinayət əməlləri ilə bağlı bu ilin avqustunda məhkəmə qarşısında duracağı haqda məlumat yayıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkə prokuroru Sidik əl-Sur bildirib ki, onlara qarşı «silahlı bandaların təşkilində, zorlama və qanunsuz azadlıqdan məhrumetmə»  ittihamları sürülüb.

 

Haaqadakı Beynəlxalq Məhkəmə S.Qəddafi və Mümmər Qəddafinin «sağ əli», Abdulla əl Senussinin «insanlığa qarşı cinayətdə» mühakimə olunması üçün təhvil verilməsi ilə bağlı Liviya hakimiyyətinə bir neçə dəfə müraciət edib. 

 

Liviya məhkəməsi qarşısına ölkənin keçmiş xarici işlər naziri Abdul Ati əl-Übeydi və keçmiş  Ali Xalq konqresinin başçısı Məhəmməd əz-Zvaidə çıxarılacaq.

 

Bir müddət öncə onlar 1988-ci ildə Lokerbi terror aksiyasının qurbanlarına kompensasiya verdikləri üçün bəraət qazanmışdılar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747
avatar

Oxşar yazılar