Poroşekno Rusiyanın hərbi –sənaye kompleksi ilə əməkdaşlığı dayandırıb
17 iyun 2014 05:43 (UTC +04:00)

Poroşekno Rusiyanın hərbi –sənaye kompleksi ilə əməkdaşlığı dayandırıb

Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Rusiya hərb-sənaye kompleksi ilə istənilən əməkdaşlığı yasaqlayıb.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, ölkə baş nazirinin birinci müavini Vitali Yaryem deyib ki, Rusiya ilə silah - sursat tədarükü və onun hazırlanmasını nəzərdə tutan oxşar sərəncam bir müddət öncə  prezident səlahiyyətlərini icra etmiş Aleksandr Turçinov tərəfindən verilmişdi.

 

 

Həmin qərar Ukrayna ilə Rusiyanın ikili təyinatlı məhsullar, məsələn, vertolyotlar üçün mühərrik (bundan həm hərbi, həm də mülkü məqsədlər üçün istifadə etmək olar) istehsal etməsinə imkan verirdi.

 

“Bu gündən prezident qəti şəkildə Rusiyanın hərbi-sənaye kompleksi ilə istənilən əməkdaşlığı praktik olaraq, dayandırıldı”-deyə, baş nazirin müavini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 850

Oxşar yazılar