Polislər himni sərxoş oxudu
07 iyul 2013 01:09 (UTC +04:00)

Polislər himni sərxoş oxudu

Rusiyada sərxoş halda himn oxuyan polis zabitləri işdən çıxarılıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Yaroslavl şəhərinin küçələrindən birində Rusiyanın himnini səsləndirməyə çalışan sərxoş polislərin görüntülərinin internətə düşməsi ölkədə qalmaqala səbəb olub.

Ətrafdakıların kameraya çəkdikləri görüntülərdə həddindən artıq içkili olan və ayaqda durmaqda çətinlik çəkən polislərin bir-biriləri ilə zarafatlaşdıqları, bir tərəfdən də himni oxumağa çalışdıqları görünür.

Görüntülərdə sərxoş polislərin himni oxuyarkən müxtəlif əl hərəkətləri etdikləri də yer alır. 

Görüntülərin internetə düşməsindən sonra istintaq başladan Daxili İşlər Nazirliyi 3 polisin işdən qovulduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198

Oxşar yazılar