PKK terror təşkilatının rəhbərliyi dəyişib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, PKK terror təşkilatına rəhbərlik edən Murat Karayılan PKK Şurasının sədri postundan çıxıb.
Bu, PKK-ın 6 gün davam edən və 162 nümayəndənin qatıldığı konfransında baş verib. PKK-da İdarə Heyətinin rəhbərliyi sistemi yaradılıb və İdarə Heyətinin rəhbərliyinə Cemil Bayık ilə Bese Hozat gətirilib. Murat Karayılan isə PKK-nın silahlı qanadına rəhbər təyin edilib. Konqresdə PKK-nın demokratik federalizm əsasında demokratik milliləşmənin yaradılması və demokratik muxtariyyətin yaradılması üçün təşkilatlanma zəruri sayılıb, Ərdoğan hökumətinə rəğmən demokratik çözüm prosesinin davam etdirilməsi qərara alınıb.
Konqresin yazılı açıqlamasında Suriyada yaşayan kürdlərin uğurlu seçim etdiyi, Suriyadakı Kürdüstan inqilabının Suriya və Orta Şərqin demokratikləşməsində örnək olacağı vurğulanıb. PKK-nın açıqlamasında təşkilatın həbsdə olan lideri Abdulla Öcalanın bəyanatının PKK və xalq tərəfindən qəbul edildiyi, ancaq bununla bərabər AKP hökumətinin savaş hazırlıqlarına qarşı PKK-nın hər cür mübarizəyə hazırlıqlı olacağı da vurğulanır.