Payızda ABŞ – RF zirvə toplantısı olacaq
18 iyun 2013 06:20 (UTC +04:00)

Payızda ABŞ – RF zirvə toplantısı olacaq

Rusiya Federasiyası (RF) prezidenti Vladimir Putinlə ABŞ-ın dövlət başçısı Barak Obama bu il sentyabrın 3 - 4-də Moskvada Rusiya – ABŞ zirvə toplantısı keçirməyi qərara alıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, tərəflər arasında Şimali İrlandiyanın Loh-Ərne şəhərində keçirilən «Böyük 8»-liyin zirvə toplantısında Vladimir Putinlə Barak Obamanın görüşünün nəticəsi olaraq, birgə  bəyanatda deyilib: «İki dövlət arasında konstruktiv xarakterli münasibətləri biz davamlı dəstəkləmək niyyəti, habelə beylənlxalq münasibətləri müzakirə etmək məqsədi  ilə 2013-cü il sentyabrın 3 – 4-də Moskvada Rusiya- ABŞ zirvə toplantısı keçirmək qərarına gəlmişik».

 

Bundan başqa prezidentlər Rusiyanın baş naziri Dmitrii Medvedevlə ABŞ prezidentinin müavini Co Bayden arasında danışıqların genişləndirilməsində razılığa gəliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366
avatar

Oxşar yazılar